Avroliqadakı klublarımızın potensial rəqibləri

00:07 28 May 2016

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ", "Neftçi" və "Kəpəz"in potensial rəqiblərinin əksəri bəllidir. Hazırda Avroliqanın birinci təsnifat mərhələsində iştirak edəcək 98 klubdan 93-nün adı bəllidir.

Qeyd edək ki, "Qəbələ" ilə "Neftçi" ilkin təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər, "Kəpəz" isə səpələnməmişlər səbətində yer alacaq.

Klublarımızın bütün potensial rəqibləri isə aşağıdakılardır:

"Admira Vakker" (Avstriya), "Lokomotiv" (Xorvatiya), AEK, "Omoniya" (hər ikisi Kipr), "Zaqlembe", "Krakoviya" (hər ikisi Polşa), "Makkabi" (Təl-Əviv), "Beytar" (hər ikisi İsrail), "Dinamo" (Minsk), "Şaxtyor" (Soliqorsk, hər ikisi Belarus), "Aberdin", "Harts" (hər ikisi Şotlandiya), "Göteborq", AİK (İsveç), "Levski", "Beroe" (hər ikisi Bolqarıstan), "Stabek", "Odd" (hər ikisi Norveç), "Çukariçki", "Voyvodina" (hər ikisi Serbiya), "Maribor", "Domjale" (hər ikisi Sloveniya), "Slovan", "Spartak Miyava", "Spartak Trnava" (hamısı Slovakiya), "Videoton", "Debretsen", MTK (hamısı Macarıstan), "Kayrat", "Aktobe", "Ordabası" (hamısı Qazaxıstan), "Zarya", "Zimbru" (hər ikisi Moldova), "Samtredia", "Dila", "Çixura" (hamısı Gürcüstan), "Mariehamn", RoPS, HİK (hamısı Finlandiya), "Valyur", "Breydablik", "Reykyavik" (hamısı İslandiya), "Radnik", "Sloboda Tuzla", "Şiroki Briyeq" (hamısı Bosniya-Herseqovina), "Vaduts" (Lixtenşteyn), "Şkendiya", "Rabotniçki", "Sileks" (hamısı Makedoniya), "Kork Siti", "Şemrok Rovers", "Sent Patriks" (hər ikisi İrlandiya), "Buduçnost", "Rudar", "Bokel" (hamısı Çernoqoriya), "Kukesi", "Partizani", "Teuta" (hamısı Albaniya), "Fola", "Differdanj" (hər ikisi Lüksemburq), "Qlenavon", "Linfild", "Kliftonvill" (hamısı Şimali İrlandiya), "Trakay", "Atlantas", "Suduva" (hamısı Litva), "Yelqava", "Ventspils", "Spartak Yurmala" (hamısı Latviya), "Hibernians", "Birkirkara", "Baltsan" (hamısı Malta), "Levadiya", "Numme Kalyu", "İnfonet" (hamısı Estoniya), "Vikinqur", "Runavik", "Torshavn" (hamısı Farer adaları), "Bala Taun", "Landidno", "Konnas Kuey" (hamısı Uels), "Banants", "Şirak", "Pünik" (hamısı Ermənistan), "Santa Koloma", "Luzitans" (hər ikisi Andorra), "La Fiorita", "Folqore/Folçiano" (hər ikisi San Marino), "Avropa" (Cəbəllütarq).

Hazırda Moldova, Lüksemburq və Kosovonun bir, Danimarkanın isə iki təmsilçisinin adı məlum deyil.

Qeyd edək ki, Avroliqanın birinci və ikinci təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq.

 


Xəbər xətti