Azərbaycanlı hakim AÇ-nin seçmə mərhələ oyununu idarə etdi

14:50 28 May 2016

Azərbaycanlı FİFA referisi Rəhim Həsənov 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələ oyununu idarə edib.
 

Sportarena.az xəbər verir ki, həmyerlimiz 3-cü qrupda yer alan  Ukrayna və Makedoniya komandaları arasında keçirilən matçı idarə edib.
 

Kiyevdə baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həsənov bu oyunda üç futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
 

Qeyd edək ki, bu qarşılaşmada ona yan xətt hakimləri Namiq Hüseynovla Vaqif Musayev kömək ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.


Xəbər xətti