Azərbaycan Rio Olimpiadasına 46-cı lisenziyasını qazandı

16:38 28 May 2016

Azərbaycan millisi Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.


Sportarena.az xəbər verir ki, yığmamızın aktivinə 46-ci vəsiqəni kamandan oxatanımız Olqa Senyuk yazdırıb.


O, İngiltərənin Nottingem şəhərində keçirilən Avropa Olimpiya Təsnifat turnirində 3-cü yeri tutmaqla bu hüquqa yiyələnib.


Bakı-2015-də də yığmamızın şərəfini qoruyan milliləşdirilmiş idmançı yarışdan sonra bildirib ki, istəyinə çatdığı üçün xoşbəxtdı: “İlk mərhələdən əvvəl çox əsəbi idim. Bunu edə biləcəyimə əmin deyildim. Yaxşı dəstəyin sayəsində istəyimə nail oldum”.


Bu lisenziya isə yığmamızın tarixinə ilk kimi düşüb. Çünki indiyədək Azərbaycan yığması Olimpiadada bu növdə təmsil olunmayıb.


Digər xəbərlər

Xəbər xətti