Yığmamızın baş məşqçisi: "İdmançılarımızdan beşi də yüksək nəticə göstərəcək"

17:13 28 May 2016

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olub. 


Sportarena.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi açıqlamasında bildirib ki, komandanın məşqləri yüksək səviyyədə təşkil edilib, Federasiya tərəfindən bütün lazımi şərait yaradılıb: 

"İdmançılar həvəslə və var gücləri ilə məşq edirlər. Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın hamısının medal şansı böyükdür. İnaniram ki, idmançılarımızdan beşi də yüksək nəticə göstərəcək. İnşallah, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz yeni tarix yazacaqlar".


Digər xəbərlər

Xəbər xətti