Messi zədələndi

19:44 28 May 2016

"Barselona"nın futbolçusu Leonel Messi zədələnib.
 

Sportarena.az xəbər verir ki, futbolçu Argentina milli komandasının Hondurasla keçirdiyi yoldaşlıq görüşünün 58-ci dəqiqəsində zədələnib. Belindən zədə alan 28 yaşlı hücumçu qarşılaşmanı davam etdirə bilməyib. Messinin durumuna keçiriləcək müayinədən sonra aydınlıq gələcək.
 

Qeyd edək ki, bu qarşılaşmada Argentina millisi Hondurası Qonsalo İquaynın 31 dəqiqədə vurduğu qolla 1 - 0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti