Millimiz məğlub oldu

21:29 28 May 2016

Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.
 

Sportarena.az xəbər verir ki, yığmamız Sloveniyanın U-21 komandası ilə qarşılaşıb. 


Qarşılaşma 4:1 hesabı ilə sloveniyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Elnur Cəfərov fərqlənib.

 

Qeyd edək ki, mayın 31-də, Bakı vaxtı ilə saat 18:00-da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti