Vüqar Həşimov Memorialında üçüncü turun cütlükləri müəyyənləşib

00:29 29 May 2016

Şəmkirdə Tanınmış Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimov xatirəsinə həsr olunmuş superturnir davam edir.


Sportarena.az xəbər verir ki, ikinci turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hindistanlı Pentala Harikrişnaya məğlub olub, hollandiyalı Aniş Giri rusiyalı Sergey Karyakini mat vəziyyətinə salıb, Ukrayna təmsilçisi Pavel Elyanov italiyalı şahmatçı Fabiano Karuanaya uduzub. Rauf Məmmədov - Teymur Rəcəbov (hər ikisi Azərbaycan) və Xou İfan (Çin) - Eltac Səfərli (Azərbaycan) partiyaları heç-heçə başa çatıb.


Bu gün üçüncü turun cütlükləri müəyyənləşib. Beləliklə, 3-cü turda Teymur Rəcəbov – Aniş Giri, Eltac Səfərli – Rauf Məmmədov, Fabiano Karuana- Xou İfan, Şəhriyar Məmmədyarov – Pavel Elyanov, Sergey Karyakin - Penbtala Harikrişna partiyaları oynanılacaq.


İki turdan sonra hərəyə 1,5 xal toplayan Fabiano Karuana, Pentala Harikrişna və Aniş Giri liderlik edirlər. Rauf Məmmədov, Xou İfan, Teymur Rəcəbov onlardan 0,5 xal geri qalırlar. Sergey Karyakin, Pavel Elyanov və Şəhriyar Məmmədyarovun aktivində 0,5 xal var.


Qeyd edək ki, əvvəlki iki turnirin qalibi dünya çempionu Maqnus Karlsen olub.


Turnir iyunun 4-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti