"Atletiko"nun futbolçusu tarix yazdı

00:49 29 May 2016

"Atletiko"nun yarımmüdafiəçisi Yannik Karasko Belçika futbol tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, futbolçu buna Çempionlar Liqasının final matçında "Real"a qarşı oyunda nail olub. Belə ki, futbolçu matçın 79-cu dəqiqəsində "Real"ın qapısına qol vurub. Bununla da, futbolçu Çempionlar Liqasında qol vuran ilk belçikalı futbolçu olub.


Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsüm La Liqada 23 matça çıxıb və 4 qol vurub.


Digər xəbərlər

Xəbər xətti