Serxio Ramosdan Çempionlar Liqasında rekord göstərici

01:10 29 May 2016

"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının tarixinə düşüb.


Sportarena.az xəbər verir ki, futbolçu buna Çempionlar Liqasının finalında "Atletiko" ilə matçda nail olub. Belə ki, o, matçın 15 dəqiqəsində "Atletiko"nun qapısına yol tapa bilib. Bununla da, futbolçu ardıcıl ikinci dəfə Çempionlar Liqasının finalında qol vuran ilk müdafiəçi olub.


Xatırladaq ki, 2013-14 mövsümünün finalında məhz "Atletiko" ilə oyunun 90-cı dəqiqəsində komandanın bərabəlik qolunu vurmuşdu. Oyuna əlavə edilmiş vaxtda isə "Real" daha 3 qol vuraraq qalib gəlmişdi.


Xəbər xətti