"Real"dan yeni rekord

12:38 29 May 2016

İspaniyanın "Real" klubu dünən tarixində 11-ci dəfə Çempionlar Liqasını qazanmağla yeni rekord müəyyənləşdirib.


Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi oynadığı son 5 finalın hamısında qələbə qazanan ilk klub olub.


Belə ki, "Real" 1998, 2000, 2002, 2014 və 2016-cı illərdə final matçlarında qalib gələrək fəxri mükafata sahib çıxıb. "Real" sonuncu dəfə finalda 1981-ci ildə "Liverpul"a 0:1 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti