Azərbaycan velosipedçisi Ukraynada üçüncü oldu

16:55 29 May 2016

Kiyevdə “Horizon Park” yürüşləri çərçivəsində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yarışlar silsiləsi start götürüb.


Sportarena.az xəbər verir ki, Azərbaycanın "Synergy Baku" kontinental komandasının da iştirak etdiyi yürüşlərin ilk günü təmsilçilərimiz üçün uğurlu alınıb.


“Sülh naminə Horizon Park yürüşü” adlanan ilk yarış günündə 25 komandanın tərkibində yer alan 150 iştirakçı 16 kilometrlik dairəvi marşrut boyunca 10 dövrə vurublar. Yarışın ilk dövrəsindən etibarən liderlər qrupunda qərarlaşan velosipedçimiz Samir Cəbrayılov qarşıya qoyulan taktikanın öhdəsindən məharətlə gəlib və Ukraynanın "Kolss" komandasının üzvü Vitaliy Butsdan 8, Polşanın "Wibatech Fuji" klubunun təmsilçisi Yaçek Mojarkodan isə 5 saniyə geri qalmaqla finiş xəttini 3-cü keçib - 3 saat, 50 dəqiqə, 47 saniyə.


Start xəttinə çıxan 150 velosipedçidən yalnız 66-sı yürüşü başa vura bilib ki, onların da içərisində "Synergy Baku"nun digər üzvləri Elçin Əsədov, Aleksandr Surutkoviç, Ənvər Asanov, İsmayıl İlyasov və Elgün Əlizadə də var.


Digər xəbərlər

Xəbər xətti