"Espanyol"un yeni baş məşqçisi müəyyənləşdi

17:31 29 May 2016

"Uotford"un keçmiş baş məşqçisi Kike Sançes Flores yenidən İspaniyaya qayıda bilər.
 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis "Espanyol"la razılığa gəlib. Klub nümayəndələri dünən məşqçinin agenti Xines Karvaxalla 2 dəfə danışıq ediblər.
 

Tərəflər iki illik müqavilənin razılığını əldə edib. Müqavilə ilə bağlı rəsmi məlumat gələn həftə veriləcək.


Xəbər xətti