Messinin durumuna aydınlıq gəldi

17:58 29 May 2016

Honduras millisi ilə matçda zədələnən Argentina yığmasının futbolçusu Lionel Messinin durumuna aydınlıq gəlib.


Sportarena.az xəbər verir ki, bu barədə Argentina millisinin həkimi Daniel Martines açıqlama verib. Onun sözlərinə görə, futbolçunun zədəsi bərpa olunmağa başlayıb.

"Messinin ağrıları azalıb və özünü daha yaxşı hiss edir. Onun zədəsi gündən-gündə bərpa olunur. 

Belə zədələrin müalicəsinin bir neçə üsulu var. Buna görə narahat olmağa dəyməz. Futbolçunun hazırda ağrıları var, lakin zədəyə görə masaj edib, ağrılarını azalda bilmirik".


Qeyd edək ki, sözügedən matçda Argentina millisi Hondurası Qonsalo İquaynın 31 dəqiqədə vurduğu qolla 1 - 0 hesabı ilə məğlub etmişdi.


Xəbər xətti