"Lester" Dünya çempionunu heyətinə qatdı

19:27 29 May 2016

İngiltərə çempionu “Lester Siti” öz heyətini gücləndirməkdədir. Tülkülər “Hannover”də çıxış edən 2014-cü ilin dünya çempionu Ron-Robert Tsileri heyətinə qatıb. Bu barədə alman klubunun rəsmi saytı məlumat verib.

Məlumatda həmçinin qeyd olunur ki, oyunçu artıq İngiltərəyə tibbi müayinə üçün yola düşüb. “Lester Siti” hələki bu xəbəri təsdiqləməyib.

Qeyd edək ki, bu mövsümün nəticələrinə əsasən “Hannover” Bundesliqanı tərk etdi.


Digər xəbərlər

Xəbər xətti