Təmsilçilərimiz Türkiyə və İngiltərə komandaları ilə qarşılaçacaq

21:27 29 May 2016

29 may – 5 iyun tarixlərində Fransanın Lans və Lill şəhərlərində Avropa məktəbli turniri təşkil olunacaq.
 
22 ölkənin komandasının çıxış edəcəyi turnirdə Azərbaycanı “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2014-2015-ci il mövsümün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbin komandası təmsil edəcək. Təmsilçimiz ilk oyununu mayın 30-da saat 11:00-da Türkiyə, həmin gün saat 16:00-da isə İngiltərə komandasına qarşı keçirəcək.
Xatırladaq ki, A qrupunda mübarizə aparacaq təmsilçimizin digər rəqibləri Bolqarıstan, Fransa və Hollandiyadan olan məktəblilərdir.
 


Xəbər xətti