Prosineçki səbəbi bilmir: "Niyə alınmadığını bilmirəm"

22:33 29 May 2016

Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Makedoniya yoldaşlıq oyunu barədə millimizin baş məşqçisi Robert Prosineçkinin fikirlərini diqqətinizə çatdırırıq:
 
“İki fərqli hissə izlədik. Birinci hissədə pis oynadıq. Rəqibə iki qol hədiyyə verdik. Ötürmə verə bilmədik. Fasilədən sonra oyun dəyişdi. Qol epizodları yaratdıq, lakin Əfran İsmayılov, Ruslan Qurbanov və Ağabala Ramazanov həmin fürsətlərdən yararlana bilmədilər. Hesabı bərabərləşdirə bilərdik. Niyə alınmadığını bilmirəm. Təhlil etməliyəm. İkinci hissədən razıyam. Mövsümün sonu olduğu üçün futbolçular yorulub. Amma bu, məğlubiyyətə görə bəraət ola bilməz”.
 


Xəbər xətti