"Neftçi" Qəbələdən qələbə ilə döndü

23:49 29 May 2016

“Neftçi”nin qızlardan ibarət komandası U-19 Qızlar Liqasında növbəti oyununu keçirib.

Sportarena.az xəbər verir ki, baş məşqçisi İbrahim Məmmədov olan komanda XXI tur çərçivəsində “Qəbələ” klubu ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda baş tutmuş görüş “Neftçi”nin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Süsən Mənsimova “het-trik”ə, Aysun Əliyeva “dubl”a imza atıb. Gülay Səlimzadə isə bir dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti