Aqolli oynadı, komandası qalib gəldi - VİDEO

11:08 30 May 2016

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığması beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Qətərlə qarşılaşıb.


Sportarena.az xəbər verir ki, "Avro-2016"nın iştirakçısı olan albanlar bu görüşdən qalib ayrılıb.


Matçın 1-ci dəqiqəsində qapısında qol görən Albaniya millisi daha sonra 3 qol vuraraq qələbə qazanıb - 3:1. Aqolli oyunun 66-cı dəqiqəsində meydana daxil olub.


Digər xəbərlər

Xəbər xətti