"Qəbələ" atıcıları çempion oldu, Elvin İsmayılov rekordu yenilədi

12:30 30 May 2016

Mayın 26-29-da stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib. 


Sportarena.az xəbər verir ki, Bakı atıcılıq mərkəzində keçirilən yarışda kişilər dairəvi və səngər stendində, qadınlar dairəvi stenddə qüvvələrini sınayıblar. 


30 idmançının qatıldığı turnirdə “Qəbələ” İdman Klubunun üzvləri uğurla çıxış ediblər. Hər üç yarışda qızıl mükafatı klubun atıcıları qazanıblar. Kişilər arasında dairəvi stenddə Emin Cəfərov, səngər stendində Elvin İsmayılov, qadınların mübarizəsində Nurlana Cəfərova çempion adına yiyələniblər. “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov bu mükafatı səngər stendində imza atdığı yeni respublika rekordu ilə qazanıb.


Xəbər xətti