Qaçırılan futbolçu xilas edildi - FOTO

14:36 30 May 2016

Meksika polisi qaçırılmış yarımmüdafiəçi Alan Pulidonu azad edib.


Sportarena.az xəbər verir ki, Meksika millisinin və Yunanıstanın "Olimpiakos" klubunun üzvü olan 25 yaşlı futbolçu Alan Pulido bu gün polis tərəfindən xilas edilib. O, hal hazırda həkim nəzarəti altındadır və durumu barədə heç bir məlumat verilmir. 


Xatırladaq ki, 25 yaşlı Pulido doğma şəhəri Siudad-Viktoriya şəhərinin yaxınlığında oğurlanmışdı. Şənbə günü o əylənmək üçün şənliyə gedirmiş, bu zaman onun avtomobilini bir neçə yük maşını əhatəyə alıb. Bundan sonra altı nəfər üzü maskalı adam onu oğurlayaraq qaçırıblar.


Qeyd edək ki, Pulido ötən mövsüm "Olimpiakos"un heyətində 16 matça çıxıb. O, 6 dəfə rəqib qapıçıları məyus edib, 3 dəfə isə komanda yoldaşlarına məhsuldar ötürmə verib. 


Digər xəbərlər

Xəbər xətti