"İnter"in hücumçusu əməliyyat olacaq

15:14 30 May 2016

“İnter”in hücumçusu Sezar Meza Kolli əməliyyat olunacaq. 


Sportarena.az xəbər verir ki, paraqvaylı forvard artıq bir müddətdi ki, zədədən əziyyət çəkir.
 

“Bankirlər”in heyətində çempionatın son matçlarına ağrıkəsici iynələrin köməyi ilə çıxan Sezar hazırda ölkəsindədi. Dizində köhnə zədəsi təzələnən futbolçunun problemi bununla bitmir. Belə ki, Meza Kollidə həm mensk, həm də əzələ yırtığı aşkarlanıb.
 

Həkimlər futbolçunun cərrahiyyə əməliyyatına ehtiyac duyduğunu açıqlayıblar. Yaxın günlərdə 25 yaşlı oyunçu cərrah bıçağı altına uzanacaq.
 

Meza Kollinin karyerasını “İnter”də davam etdirib-etdirməyəcəyi də bəlli deyil. Müqavilə müddəti başa çatan oyunçu ilə danışıqlar davam edir. Futbolçunun əməliyyatı uğurlu keçərsə və zədəsinin ciddi olmadığı məlum olarsa, “bankirlər” ona yeni müqavilə təklif edəcəklər.
 

Qeyd edək ki, Sezar Meza Kolli geridə qalan mövsümdə Topaz Premyer Liqasında 15 oyunda iştirak edib.(apasport)


Digər xəbərlər

Xəbər xətti