"Xəzər Lənkəran"ın sabiq futbolçusu "İnter"də!

15:33 30 May 2016

Bakının “İnter” klubu daha bir transferi gerçəkləşdirib.


Sportarena.az xəbər verir ki, rumıniyalı futbolçu Adrian Skarlatake ilə müqavilə imzalanıb.


29 yaşlı müdafiəçi 1 illik sözləşməyə qol çəkib.


Qeyd edək ki, 2011-2015-ci illərdə “Xəzər Lənkəran”ın şərəfini qorumuş  futbolçu  “Astra” ilə çempion olub. 


"İnter" buna qədər Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev və Məmməd Quliyevi heyətinə cəlb edib.(qol.az)


Digər xəbərlər

Xəbər xətti