Yunan-Roma güləşi üzrə açıq rayon birinciliyinin qalibləri müəyyənləşib

15:59 30 May 2016

28 May – Respublika Günü münasibətilə Xızı rayonunun Şuraabad qəsəbəsində 2001-2003-cü il təvəllüdlü yunan-Roma güləşçiləri arasında açıq rayon birinciliyi keçirilib.


Sportarena.az xəbər verir ki, birincilikdə 12 komanda, ümumilikdə 130 güləşçi medallar uğrunda mübarizə aparıb.


Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Səid Xəlilov (26 kq), Seymur Qasımov (29 kq), Rəvan Nuriyev (32 kq), Allahşükür Əliyev (35 kq), Əli Həsənov (38 kq), Orxan Nəsibov (42 kq), Əli Rəhimli (46 kq), Ümid Ərzumanov (50 kq), Arif Məmmədov (54 kq), Heybət Abdullayev (58 kq) və Ağaseyid Əlizadə (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


Digər xəbərlər

Xəbər xətti