Karvaxal Avropa çempionatında iştirak etməyəcək

16:34 30 May 2016

Çempionlar Liqasının final görüşündə "Atletiko" ilə matçda zədələnən "Real"ın yarımmüdafiəçisi Daniel Karvaxal Avropa çempionatında iştirak etməyəcək.


Sportarena.az xəbər verir ki, zədələnərək oyunu davam etdirə bilməyən futbolçunun sağ bud əzələsində ciddi zədələnmə aşkarlanıb. Həkimlərin bildirdiyinə görə, zədənin bərpası 3 həftə çəkəcək. 

Bu səbəbdən futbolçu "Avro-2016"da iştirak etməyəcək.


Digər xəbərlər

Xəbər xətti