Eltac Səfərli: "Səhv gedişlər istəyimə mane oldu"

10:44 31 May 2016

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" turnirinin V turunda Azərbaycan şahmatçısı Eltac Səfərli Hollandiya təmsilçisi Aniş Giriyə uduzub. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu məğlubiyyətə layiq olmadığını deyib: "Bu oyuna ciddi hazırlaşmışdım. Məqsəd qələbə qazanmaq idi. Yəni, bu gün heç-heçə deyil, qələbə qazanmaq barədə düşünürdüm. Debütdə Girini təəccübləndirmək istədim, amma alınmadı. Fiqurları dəyişəndən sonra cüzi üstünlük əldə etdim. Heç-heçə edə bilərdim, sadəcə qələbə qazanmaq istədiyimdən mübarizəni davam etdirdim. Yekunda məğlub oldum. Səhv gedişlər istəyimə mane oldu. Heç-heçə təklif etmədim ki, qələbə qazanım. Sonda xalsız qaldım.

 

Şəmkirdə təşkilatçılıq yüksək səviyyədədir. Şahmatçılar üçün hər cür şərait yaradılıb. Əsl şahmat turnirinə layiq imkanlar var. Bu dəfə turnirə dostum Nicat Abasovla gəlmişəm. O, yarış zamanı həm də mənə kömək edir. Rəqiblərə qarşı birgə hazırlaşırıq. Uzun müddət bir-birimizi tanıyırıq. Fikrimcə, tandemimiz pis alınmayıb".

 

Hollandiya təmsilçisi Aniş Giri isə qələbə qazanmağın hər zaman xoş olduğunu vurğulayıb: "Eltacla diqqətli oynadım. Hiss edirdim ki, səhvimi gözləyir. Ona görə bir gedişi dəfələrlə sayırdım. Sonra üstünlük qazanmağa imkan oldu və mən bu fürsəti qaçırmadım. Oyunumuz maraqlı alındı və yekunda rəqibi mat etdim. Növbəti 4 tura ciddi hazırlaşacağam. Bu ilki turnirdə mükafatçılar sırasında yer almaq istəyirəm".


Digər xəbərlər

Xəbər xətti