"Benfika"nın futbolçusu "Atletiko" yolunda

11:11 31 May 2016

Çempionlar Liqasının finalında uduzan "Atletiko" transfer çalışmalarına başlayıb. 


Sportarena.az xəbər verir ki, Madridlilər "Benfika"nın futbolçusu Nikolas Qaytanı transfer etmək niyyətindədir.


Məlumata görə, Madrid klubu artıq Nikolas Qaytanın transferi üçün "Benfika" ilə danışıqlara başlayıb. Tərəflərin transferi 25 milyon avroya razılaşdırdığı deyilir. 

 

Xatırladaq ki, "Benfika" argentinalı yarımmüdafiəçini 2010-cu ildə "Boka Xuniros"dan 8,4 milyon avroya alıb. Hazırda futbolçunun qiyməti 30 milyon avrodur. Cari mövsümdə 37 rəsmi oyuna çıxan Qaytan 11 qol vurub.


Digər xəbərlər

Xəbər xətti