AFFA "Qarabağ" və "Neftçi" klublarını cəzalandırdı

12:45 31 May 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun finalında - "Qarabağ" və "Neftçi" arasında keçirilimiş görüşdə qeydə alınmış qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.


Azərbaycan Kubokunun “Qarabağ” – “Neftçi” matçının 120-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.


Oyunun 120-ci dəqiqəsində “Neftçi” klubunun 15 №-li futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.


Oyunun 120+1-ci dəqiqəsində “Qarabağ” klubunun 9 №-li futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.


Xəbər xətti