Keylor Navas Kosta-Rika millisinə çağırılmadı

13:38 31 May 2016

Kosta-Rika millisinin qolkiperi Keylor Navas "Copa Amerika 2016" turnirində iştirak etməyəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kosta-Rika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.


Futbolçunun Axilles vətərində olan zədələnməyə görə turnirdə iştirak etməyəcək. Bu səbəbdən futbolçu yığma komandanın iştirak ərizəsinə daxil edilməyib. Federasiya futbolçunun məxsus olduğu "Real" klubunun bazasında qalıb, zədəsini bərpa etməsini məsləhət bilib.


Xatırladaq ki, Keylor Navas Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Mançester Siti" ilə görüşdə zədələnmişdi. Futbolçu final görüşünədək zədəsini bərpa etsə də, final matçından sonra yenidən ağrıları başlayıb.


Digər xəbərlər

Xəbər xətti