Ayaqları olmayan marafonçu məsafəni uğurla başa vurdu

01:07 1 İyun 2016

Ayaqları olmadan marafon yarışında iştirak etdi.  Qəribə hadisə Kanadada baş  verib. Fiziki qüsurlu olmasına baxmayaraq Kalqari şəhərində təşkil olunan eyni adlı marafonda iştirak edən  Kris Koh  finiş xəttinə çata bilib.

Anadangəlmə ayaqları və qolları olmayan Kris 52-ci dəfə təşkil olunan marafonda öz skeytbordu ilə mübarizə aparıb. Ehtimalları alt-üst edərək  yarışı sonadək davam etdirən kanadalı  42  kilometrlik məsafəni   4 saat 28 dəqiqə ərzində başa vurub.

Əlləri və ayaqları olmayan sakin marafonda xeyriyyə məqsədi ilə iştirak edib. Onun qazandığı pullar Zambiyada  vətəndaşların içməli su ilə təmin olunmasına xərclənəcək.

Qeyd edək ki, Kalqari marafonunda  10 mindən çox insan iştirak edib. Bu yarışda toplanan  750 min dollardan çox vəsait də xeyriyyə məqsədi ilə sərf olunacaq.


Digər xəbərlər

Xəbər xətti