"Atletiko"dan 30 milyonluq təklif

01:26 1 İyun 2016

İspaniyanın “Altetiko” Madrid klubu “Napoli”nin sol cinah hücumçusu Lorenzo İnsinyeyə görə İtalyan klubunda 30 milyon avro təklif etsə də, təklif rədd edilib.

“La Gazzetta dello Sport”un verdiyi xəbərə istinadən Offside.com.az xəbər verir ki, İnsinye ilə yaxından maraqlanan və ona heyran qalan Dieqo Simione rəhbərlikdən bu futbolçunun mütləq şəkildə heyətə qatılmasını tələb edib.

Dərhal hərəkətə keçən “Atletiko” rəhbərliyi İnsinye üçün 30 milyonu gözdən çıxarsa da “Napoli” futbolçunu satmaq barədə düşünmədiklərini bildirib.

İnsinyedən müsbət nəticə əldə edə bilməyən “Atletiko” dərhal “Benfika”nın ulduz futbolçusu Niko Qaitan ilə görüşdüyü və müsbət cavab əldə etdiyi bildirilir.

Rəsmən açıqlanamsa da klubun 25 milyon avro qarşılığında Qaitanı rənglərinə bağladığı bildirilib


Digər xəbərlər

Xəbər xətti