Mourinyo "Mançester Yunayted"dən 2 futbolçunu göndərir

10:07 1 İyun 2016

"Mançester Yunayted"in yeni baş məşqçisi Joze Mourinyo artıq heyətdə təmizliklərə başlayıb. 

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis iki ulduzu göndərmək qərarına gəlib.

 

Məlumata görə, Mourinyo Xuan Mata və Daley Blindi heyətdə görmək istəmir. Mütəxəssis rəhbərlikdən hər iki futbolçunun göndərilməsini istəyib.

 

Qeyd edək ki, "Mançester Yunayted" hər iki futbolçuya ümumilikdə 62,23 milyon avro xərcləyib.


Digər xəbərlər

Xəbər xətti