Levandovskinin "Bavariya"ya qoyduğu şərt: ya 20 milyon, ya da "Real"

00:51 2 İyun 2016

Polşa yığmasının və “Bavariya” klubunun hücumçusu Robert Levandovski “Real Madrid”ə keçə bilər. Futbolçu “Kral Klubu”na keçidin əleyhinə olmadığını bildirib. O, Münhen klubuna şərt qoyub.

Levandovski illik 20 milyon avro məvacib verəcək kluba keçə biləcəyini istisna etməyib. Təbii ki, “Bavariya” rəhbərliyi onu komandada saxlamaq istəyirsə, maaşını oyunçunun tələb etdiyi məbləğə yüksəltməlidir. Hazırda Münhen klubunda illik maaşı 9 milyon avro olan 28 yaşlı futbolçuya almanlar 15 milyon təklif ediblər. Ancaq Levandovski məvacibinin 20 milyon avro olmasında israrlıdır. Əgər “Bavariya” onun istəyini həyata keçirməsə, futbolçu o zaman “Real”la danışıqlara başlayacaq.


Xəbər xətti