Del Boske: "Biz turnirin favoritiyik"

18:57 2 İyun 2016

İspaniya millisinin baş məşqçisi Visente Del Boske komandasının Avropa çempionatında qələbəyə əsas namizəd olduğunu dilə gətirib.

Sportarena.az xəbər verir ki, o, açıqlamasında bunları deyib:

"Son çempionatda qalib olduğumuza görə biz qarşıdakı turnirin də əsas favoritiyik.

Sözsüz ki, rəqiblərimiz güclüdür. Lakin biz uğuru təkrarlamaq arzusundayıq.

Komanda daha da güclənib, hamı yaxşı formadadır. Fikrimcə Avropa çempionatına hazırıq", – deyə Del Boske qeyd edib.


Digər xəbərlər

Xəbər xətti