Le Qre:"Benzema millidən həmişəlik uzzaqlaşdırılmayıb"

19:03 2 İyun 2016

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre Kərim Benzemanın milliyə qayıtmaq şansının olduğunu bildirib.


Sportarena.az xəbər verir ki, bu barədə açıqlamasında o, bunları söyləyib:

"Kərim mənim çox xoşuma gəlir. Və mən öz fikrimi hər-hansı bir qəzet yazısına görə də dəyişmərəm.

Məncə Benzema bir qədər sakitləşməli və heç nəyə kəskin şərh verməməlidir.

İstərdim ki, komanda yoldaşlarına qarşı daha mərhəmətli davransın və onların qələbəsini arzulasın.

Benzema birdəfəlik millidən kənarlaşdırılmayıb. Avropa çempionatından sonra məsələyə baxarıq", — deyə Le Qre bildirib.


Xəbər xətti