Xames "Real"dan yayda ayrılacaq

21:29 2 İyun 2016

"Real"ın yarımmüdafiəçisi Xames Rodriqes yay transfer pəncərəsi dönəmində komandadan ayrılmaq istədiyini bildirib.


Sportarena.az "Marca" qəzetinə istinadən xəbər verir ki, futbolçu mövsüm ərzində bir çox oyunlarda və Çempionlar Liqasının final görüşündə ehtiyatda qalmasından narazıdır. Bu səbəbdən futbolçunun yayda komandadan ayrılacağı gözlənilir.


Bir müddət öncə futbolçu ilə PSJ və "Yuventus" klubları maraqlansa da, onun karyerasını hansı klubda davam etdirəcəyi məlum deyil.


Xatırladaq ki, Xamesin "Real"la olan müqaviləsində nəzərdə tutulan kompensasiya məbləği 500 milyon avrodur.

Qeyd edək ki, ötən mövsüm "Real"ın heyətində 26 oyuna çıxan Rodriqes 7 qol vurub və 8 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti