"Barselona"nın futbolçusu "Yuventus"da

22:51 2 İyun 2016

İtaliya KİV-lərinin məlumatına görə sağ cinah müdafiəçi Dani Alves “Barselona”dan “Yuventus”a keçib.

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu ötən gecə 2 illik müqaviləyə imza atıb. Müqavilə 1 il də uzadıla bilər.

“Barselona” ilə müqaviləyə baxmayaraq Dani Alves iyunun 5-nə kimi gedəcəyi halda azad agent statusuna malik olacaq idi. Futbolçu bu müddətdən artıq istifadə edib.


Digər xəbərlər

Xəbər xətti