"Mançester Yunayted"dən Poqba üçün 60 milyon

23:53 3 İyun 2016

"Mançester Yunayted" heyətinə yeni transfer etməyə hazırlaşır.


Sportarena.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo "Yuventus"un 23 yaşlı futbolçusu Paul Poqbanı komandasında görmək istəyir.


Mançester təmsilçisi bu transfer üçün böyük məbləğdən belə keçməyə hazırdır. Məlumata görə, "Mançester Yunayted" Poqba üçün "Yuventus"a 60 milyon funt-sterlinq təklif edib.


Xatırladaq ki, italyan klubunun şərəfini qoruyan Poqba "Mançester Yunayted"in yetirməsidir.


Digər xəbərlər

Xəbər xətti