Türk futbolçudan alman deputata cavab: "İnsanlara həmişə mənfi gözlərlə baxan adamlar olub və olacaq"

00:03 4 İyun 2016

Almaniyanın Alternativ partiyasının millət vəkili Andrea Kersten Almaniya yığmasının və “Arsenal” klubunun əslən türkiyəli ulduz futbolçusu Məsut Özilin Məkkəyə getdiyi üçün millidən kənarlaşdırılmasını istəyib. 

 

Sportarena.az xəbər verir ki, qadın almaniyalı siyəsətçi futbolçunun bu hərəkətinin vətənpərvərliyə zidd olduğunu deyib. 


Kersten iddia edib ki, Məsut Məkkədən şəkil paylaşmaqla bildirmək istəyir ki, kişi və qadın münasibətləri eyni deyil. Siyəsətçi qeyd edib ki, Məsut həmcinsləri ilə münasibətdə olanların ölümlə təhdid olunmasına, namus üstündə cinayətlərə dəstək verdiyini göstərmək istəyib.


Andrea Kersten bu sözlərdən sonra dünyanı yarımmüdafiəçi mövqeyindəki oyunu və məhsuldar ötürməsi ilə valeh edən futbolçunu Almaniya yığmasından kənarlaşdırmağı təklif edib. Məsut isə siyəsətçinin cavabını gecikdirməyib. “İnsanlara həmişə mənfi gözlərlə baxan adamlar olub və olacaq".

 

Xatırladaq ki, futbolçu ötən həftə Məkkəni ziyarət edib. Məsut ziyarət zamanı çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. Özil səfəri zamanı Dubayı da gəzib.


Qeyd edək ki, yarımmüdafiəçi Almaniya yığması ilə 2014-cü ildə Dünya çempionu olub. (anspress)


Xəbər xətti