Əfran İsmayılov: "Üzərimizdə təzyiqlər var idi"

00:27 4 İyun 2016

"Çətin oyun olacağını bilirdik. Çünki Andorra ilə heç-heçə, Makedoniyaya məğlubiyyətdən sonra üzərimizdə təzyiqlər var idi”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Əfran İsmayılov Kanda ilə yoldaşlıq oyunundan (1:1) sonra deyib.


Avstriya toplanışında son yoxlama oyununu dəyərləndirən “Qarabağ”ın yarımmüdafiəçisi güclü rəqibə qarşı yaxşı çıxış etdiklərini bildirib:  


“Baxmayaraq ki, bunlar sınaq matçlarıdı, ancaq tələblər böyük idi. Öz oyunumuzu oynadıq. Baş məşqçi də həmişə deyir ki, öz oyununuzu oynasanız, istənilən rəqibə qarşı mübarizə apara bilərsiniz. Rəqib də güclü komandadı, bir neçə üzvü yaxşı klublarda çıxış edir, ancaq başabaş mübarizə apardıq, hətta deyərdim ki, qol şanslarımız daha çox idi. Əsas odur ki, məğlub olmadıq.
 

Bizim üçün təcrübə qazanmaq baxımından əhəmiyyətli oyun oldu. Toplanış əla keçdi. Üç hazırlıq matçı keçirdik. Mərhələli şəkildə oynadıq. Zəif rəqibdən güclüyə doğru. Getdikcə artırdıq. Gənc heyət olmasına baxmayaraq, uğurlu toplanış olduğunu düşünürəm".(qol.az)


Xəbər xətti