Françesko Totti qərarını verdi

15:48 4 İyun 2016

"Roma"nın əfsanəvi futbolçusu Françesko Tottinin karyerasını harada davam etdirəcəyi müəyyənləşib. 


Sportarena.az  "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, kapitan komandasını dəyişməyəcək. O, gələn həftə "Roma" ilə 1 illik müqavilə imzalayacaq.
 

Qeyd edək ki, 40 yaşlı yarımmüdafiəçi karyerası ərzində yalnız "Roma"nın formasını geyinib. Totti "Roma"nın forması ilə 758 oyunda iştirak edib. O, bu görüşlərdə 304 qol vurub və 190 assist edib.


Digər xəbərlər

Xəbər xətti