"Everton"un yeni baş məşqçisi müəyyənləşdi

17:30 4 İyun 2016

"Everton"un yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Liverpul təmsilçisini yeni mövsümdən Ronald Kuman çalışdıracaq.

İngiltərə klubu mütəxəssislə 5 illik müqavilə imzalayacaq. Bu barədə rəsmi məlumatın yaxın günlərdə veriləcəyi gözlənilir.


Qeyd edək ki, son mövsüm "Sauthempton"u çalışdıran Kumanın komandası Premyer Liqanı 6-cı pillədə başa vurub.


Xəbər xətti