"Avro-2016"dakı qələbə alman milisinin hər futbolçusuna 300 min avro qazandıracaq

18:33 4 İyun 2016

Almaniya milli komandasının meneceri Oliver Birhof bildirib ki, komandanın rəhbərliyi və oyunçular Avro-2016-da hətta qismən də olsa qazanılacaq uğura görə alacaqları mükafatlarla bağlı razılığa gəliblər. 


Sportarena.az xəbər verir ki, Fransada keçiriləcək Avropa çempionatında dörddə bir finala çıxmağa görə bundestimin hər bir oyunçusu əlavə 50 milyon avro, yarım finala görə 100 min avro, finala görə 150 min avro alacaq.


Avro-2016-da qələbə və Avropa çempionu titulu qazanacağı halda Almaniya Futbol İttifaqı millinin hər bir oyunçusuna 300 min avro ödəyəcək. Komanda ilkin, qrup mərhələsini adlaya bilmədiyi və hətta dörddəbir finala çıxa bilmədiyi təqdirdə oyunçular heç nə qazanmayacaq.


Maraqlıdır ki, Braziliyada keçirilən 2014-cü ilin Dünya çempionatında bundestim qələbəyə görə təxminən 25,6 milyon avro mükafat almışdı. Amma komandanın hər bir oyunçusu 300 min avro zəngin oldu. Bu məbləği onlara Almaniya Futbol İttifaqı ödədi.(azərtac)


Digər xəbərlər

Xəbər xətti