"Qalatasaray" Samuel Etonu transfer edir

18:55 4 İyun 2016

"Qalatasaray" "Antalyaspor"un futbolçusu Samuel Etonu transfer etməyə hazırlaşır. 


Sportarena.az xəbər verir ki, tərəflər arasında artıq ilkin razılıq da əldə olunub.
"Aslanlar"ın 35 yaşlı futbolçu üçün 3 milyon avro ödəyəcəyi gözlənilir. Hələlik futbolçunun "Qalatasaray"la hansı müddətə müqavilə imzalayacağı məlum deyil.

 

Qeyd edək ki, Eto karyerası ərzində "Real Madrid", "Malyorka", "Barselona", "Çelsi", "Everton", "İnter", "Anji", "Sampdoriya" klublarının formasını geyinib. Futbolçu ötən ilin yay transfer pəncərəsində "Antalyaspor"a keçib.


Digər xəbərlər

Xəbər xətti