Həbs olunan futbolçu həbsxanada komanda yaratdı

14:52 5 İyun 2016

Azyaşlı qızla cinsi əlaqədə olduğu üçün 6 illik həbs cəzası alan İngiltərə millisinin sabiq futbolçusu Adam Conson cəzaçəkmə müəssəində futbol komandası yaradıb.
 

Sportarena.az xəbər verir ki, Conson boş vaxtını səmərəli keçirmək üçün dustaqlardan ibarət komanda yaradıb. İngiltərə millisinin keçmiş üzvü son klubu "Sanderlend"dən dustaqlar üçün formalar göndərmələrini istəyir.
 

Consonun cəzasını çəkdiyi həbsxanada futbol meydançası var.
 

Qeyd edək ki, 28 yaşlı Adam Conson çıxış etdiyi "Sanderlend"də həftəlik 60 min funt-sterlinq qazanırdı.


Xəbər xətti