Cüdoçularımız Avropa Kubokunu 3 medalla başa vurdular

18:30 5 İyun 2016

İspaniyanın Madrid şəhərində cüdo üzrə Avropa Kubokuna yekun vurulub. 


Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandası yarışın sonuncu günü aktivinə daha bir medal yazdırıb.


100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəlil Şükürov bürünc medala sahib olub.


90 kq çəki dərəcəsində çıxış edən Tural Səfquliev isə turniri 7-ci yerdə tamamlayıb.


Bununla da, Azərbaycan milli komandası Avropa Kubokunda 3 bürünc medal qazanaraq çıxışını başa vurub.


Xatırladaq ki, yarışın ilk günündə millimizə iki bürünc medalı Elbrus Zamanov (60 kq) və Telman Vəliyev (73 kq) qazandırıb.


Qeyd edək ki, 26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) mübarizə apardığı mötərəb turnirində Azərbaycan millisi 14 cüdoçu ilə təmsil olunurdu.


Digər xəbərlər

Xəbər xətti