"Borussiya" gənc futbolçusu ilə müqavilə yeniləyir

14:30 6 İyun 2016

Dortumund "Borussiya"sı yarımmüdafiəçisi Yuliyan Vayql ilə yeni müqavilə imzalaya bilər.

 

Sportarena.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Dortmund təmsilçisi futbolçu ilə olan müqaviləsini 2021-ci ilədək uzatmaq niyyətindədir. 


Hal-hazırda 20 yaşlı futbolçunun "Borussiya"dan illik qazancı 1,5 milyon avro təşkil edir. Yeni müqavilənin imzalanacağı təqdirdə bu məbləğ iki dəfə yüksələ bilər.


Qeyd edək ki, futbolçunun "Borussiya" ilə olan müqaviləsi 2019-cü ilin yayında bitəcək.


Digər xəbərlər

Xəbər xətti