"Yuventus" Patris Evra ilə yeni müqavilə imzaladı

18:12 6 İyun 2016

İtaliyanın "Yuventus" klubu müdafiəçisi Patris Evra ilə müqaviləni yeniləyib.


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub 35 yaşlı müdafiəçi ilə müqavilə müddətini daha bir il uzadıb. Belə ki, Fransa millisinin müdafiəçisi 2017-ci ilədək Turin təmsilçisinin şərəfini qoruyacaq. 


Qeyd edək ki, Patris Evra 2014-cü ildə "Mançester Yunayted"dən "Yuventus"a transfer olunub. O, bu müddət ərzində "Yuventus"un heyətində 69 oyun keçirib və 3 qol vurub. Bundan əlavə, futbolçu iki mövsüm ərzində "Yuventus"la 5 kubok qazanıb.


Digər xəbərlər

Xəbər xətti