İntizam Komitəsinin qərarları

12:50 7 İyun 2016

5 iyun 2016-cı il Azərbaycan Həvəskarlar çempionatının “Qaraçuxur” – “Sabunçu” matçının 78-ci dəqiqəsində “Qaraçuxur” klubunun 27 №-li futbolçusu Əli Quliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalanır (maddə 42.1). Oyunun 78-ci dəqiqəsində “Sabunçu” klubunun 95 №-li futbolçusu Adedevi Ademoca aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır (maddə 38.3).
5 iyun 2016-cı il Azərbaycan Həvəskarlar liqasının “Qobustan” FK – “Tufan” matçında “Tufan” komandası meydançanın örtüyünün yararsız olmasını bəhanə gətirərək meydançaya çıxmaqdan imtina etmişdir. Oyunun baş hakimi oyunu keçirmək üçün meydançanın vəziyyətinin əlverişli olduğunu qeyd etmişdir.   Buna qədər bir neçə yarışın oyunlarının keçirildiyini, eyni zamanda “Qobustan”  komandasının bütün ev oyunlarını bu stadionda keçirməsini nəzərə alaraq, İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
“Tufan” komandası meydana çıxmaqdan imtina etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).


Digər xəbərlər

Xəbər xətti