Milli komandalarımızın yeni baş məşqçilərinin adına aydınlıq gəldi

15:51 7 İyun 2016

Bu gün AFFA-nın inzibati binasında keçirilən İcraiyyə Komitəsinin növbəti iclasında yığma komandalarımızın baş məşqçilərinin kimliyinə aydınlıq gəlib.

Sportarena.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, qərara əsasən Rafiq Mirzəyev U-17 Azərbaycan yığmasının, Mirbağır İsayevin U-16 Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.

Bundan başqa Milton Luiz Ziller Juniorun futzal, Zeynal Zeynalovun isə çimərlik futbolu üzrə Azərbaycan millisini çalışdıracağı dəqiqləşib.

Qeyd edək ki, iclasda həmçinin 2016/2017 mövsümündə Premyer Liqada çıxış edəcək klubların sayının müəyyənləşdirilməsi barədə qərarın İcraiyyə Komitəsinin iyunun 13-də keçiriləcək iclasında qəbul olunması məqsədəuyğun bilinib.


Digər xəbərlər

Xəbər xətti