Makelele "Monako"dan getdi

21:33 7 İyun 2016

"Monako" klubun direktoru Klod Makelele ilə yollarını ayırıb.

Tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.

43 yaşlı sabiq futbolçu bu ilin yanvar ayından etibarən Fransa klubunda direktor vəzifəsində çalışırdı. O, eyni zaman "Monako"nun vitse-prezidenti Vadim Vasilyevə klubun idman işlərində kömək edirdi.

Qeyd edək ki, karyerası ərzində "Real" (Madrid), "Çelsi" və PSJ kimi klublarda çıxış edən Makelele 2014-cü ildə "Bastiya"nı çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti